İmişlidə doğuşda ana və uşaq ölümü

-

İmişli rayonunda doğuş zamanı ana və körpəsi vəfat edib. “APA” informasiya agentliyinin xəbərinə görə, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 34 yaşlı Pərigül Nuri qızı Əhmədova evdə uşaq dünyaya gətirmək istəyib.

Uşağı ölü doğulmuş anada daha sonra qanaxma başlayıb. O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsinə çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.