"Real"-"Roma", "Volfsburq"-"Gent"

UEFA logo

Martın 8-də futbol üzrə Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilir.

Bu gün ilk oyun keçirilir.

Madridin "Real" klubu evdə İtaliyanın "Roma" klubunu qəbil edir.

Qeyd edək ki, “Real” səfərdə keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə Almaniyanın "Volfsburq" klubu Belçikanın "Gent" komandasını qəbul edir.

Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Almaniya klubu da 1/4 finala əsas namizəd hesab olunur.

1/8 finalın digər iki oyunu isə martın 9-da keçiriləcək.

8 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya)

İlk oyun - 2:0

23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)

İlk oyun - 3:2

9 mart

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 1:2

23:45. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)

İlk oyun - 0:1