İran ballistik raketlərin sınağını keçirib

Foro atxiv

İran hərbi-təlim çərçivəsində bir neçə ballistik raketin sınağını keçirib.

Bu barədə martın 8-də İSNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İnqilab Qvardiyasının keçirdiyi bu sınaqlarda məqsəd, ölkənin istənilən təhlükəyə qarşı dura bilməsini nümayiş etdirməkdir.

Məlumata görə kecə saatlarında yeraltı bunkerlərdən buraxılan raketlər orta mənzillidir.

Briqada generalı Ali Gajizadeh bildirib ki, sanksiyalar İranın ballistik raket proqramını inkişaf etdirməsinə mane ola bilməyəcək.

Qeyd edək ki, ABŞ ballistik raketlərin sınağına görə,yanvarda İrana qarşı yeni sanksiyalar tətbiq edib. İran həmin sınaqları ötən ilin oktyabrında keçirib.

ABŞ prezidenti Barack Obama bunun İranın beynəlxalq öhtəliklərinə zidd olduğunu bəyan edib.