-
ABŞ hökuməti İrana sanksiyaları pozduğuna görə Çinin ikinci böyük telekommunikasiya şirkətinə sanksiyalar elan edib. Bu da Pekinin güclü etirazını doğurub.
ABŞ Ticarət Departamenti elan edib ki, ZTE Corp. martın 8-dən başlayaraq hazırladığı avadanlıqlarda Amerika komponentlərindən istifadə edə bilməz.
Açıqlanan sənədlərdə şirkətin İrana satışla bağlı sanksiyaları pozması göstərilir.
Çin bu addımı ZTE-nin işinə ciddi təsir göstərəcəyini bəyan edib. Şirkətin 160-dan çox ölkədə müştərisi var.