Borca görə qətl

-

Yevlaxda 75 yaşlı kişi güllələnib. Hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb. “APA” informasiya agentliyinin xəbərinə görə, insident qəsəbənin mərkəzi küçəsində fəaliyyət göstərən ət mağazasında baş verib.

Mağaza sahibi 34 yaşlı Musa Rzayev həmyerlisi, 75 yaşlı Adil Rüstəmovla borc üstündə mübahisə edib. O, mübahisədən sonra mağazanı tərk edən A. Rüstəmovu arxadan ov tüfəngindən açdığı atəşlə vurub. Kürək nahiyəsindən aldığı yaradan A. Rüstəmov hadisə yerindəcə vəfat edib. M. Rzayev hadisəni törətdikdən sonra hüquq mühafizəçilərinə təslim olub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Borc üstündə analoji qətl hadisəsi martın 7-də Bakıdakı çay evlərindən birində də baş vermişdi.