-
Martın 7-də prezident yanında əfv komissiyasının növbəti toplantısı keçirilib.
Komissiya üzvü Əliməmməd Nuriyev report-a deyib ki, daxil olmuş müraciətləri müzakirə ediblər.
"Toplantıda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımızı davam etdirəcəyik” - deyən komissiya üzvü növbəti əfv fərmanı ilə bağlı bilgi verməyib.
Əfv komissiyasının yeni tərkibi martın 1-dən toplanmağa başlayıb. Novruz bayramı ərəfəsində toplantıların intensivləşməsi ölkə başçısının bayramadək əfv fərmanı imzalayacağı gözləntilərini artırıb.