-
Pakistanın şimal-qərbində rayon məhkəməsi partladılıb, itkilər var.
Radio Mashaal xəbər verir ki, partlayış martın 7-də Şabqadar rayon məhkəməsində baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayışdan sonra binanın alt mərtəbəsində yanğın başlanıb, itkilərin arta biləcəyi qorxusu yaranıb.
Partlayışın səbəbi bəlli deyil.