Email-in yaradıcısı öldü

Ray Tomlinson

-

Elektron məktublaşma şəbəkəsinin yaradıcısı sayılan Ray Tomlinson 74 yaşında dünyasını dəyişib. ABŞ kompüter proqramçısının martın 5-də ürək tutmasından öldüyü bildirilir.

Tomlinson birbaşa elektron məktublaşmanı 1971-ci ildə kəşf edib, o vaxtadək konkret elektron ünvana, konkret fərdə yazmaq mümkün deyildi.

"@" işarəsini istifadəçi adıyla ünvan arasına artırmaqla elektron məktublaşma mümkün oldu. Tomlinson özü ilk email göndərib. Onun SNDMSG email proqramı bir neçə il geniş istifadə olunub.