Miqrant böhranından danışacaqlar

Türkiyə sərhədçiləri suriyalı qaçqınları saxlayır

-

Martın 7-də Avropa Birliyi liderləri Brüsseldə Türkiyənin Baş naziri Ahmet Davutoglu ilə fövqəladə sammit keçirəcək, Avropanın qaçqın böhranını müzakirə edəcəklər. Avropa 2-ci Dünya Müharibəsindən bəri ən pis qaçqın böhranını yaşamaqdadır.

AB-nin 28 üzvünün Türkiyədən sığınacaq şərtlərin uyğun gəlməyən minlərlə miqrantı saxlamağı xahiş edəcəyi gözlənir.

Noyabrda AB ilə Türkiyə hökuməti Ankaraya nağd pul verilməsi əvəzində miqrant axınını önləməsi barədə razılıq əldə olunub. Qurum Türkiyənin sazişin icrasıyla bağlı ciddi addımlar atdığını, ancaq hələ də xeyli miqrantın Türkiyədən Yunanıstana üz tutduğunu bildirir.

Hər gün Türkiyədən Yunanıstana 2 mindən çox miqrant gedir. Makedoniya və Qərbi Balkan ölkələrindən bəziləri sərhədlərini bağlayıb. Nəticədə 30 mindən artıq miqrant Yunanıstanda qalıb.