Avropadan Pxenyana qarşı yeni sanksiyalar

Foto arxiv

Avropa Birliyi martın 4-də Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

Reutersin məlumatına görə, yeni sanksiyalar siyahısına daha 16 fiziki şəxs və 12 şirkət daxil edilib.

Buna səbəb Şimali Koreyanın keçirdiyi son nüvə və raket sınaqları olub.

Avropa Birliyi ilk dəfə nüvə proqramına görə Pxenyana qarşı 2006-cı ilin dekabrında sanksiya tətbiq edib.

BMT-nin təhlükəsizlik şurası həmçinin martın 2-də eyni səbəbdən Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

Bu sanksiyalarda Şimali Koreyaya girib-çıxan bütün yüklərin yoxlanması, həmçinin bu ölkədən kömür, filiz və qızıl ixracı, habelə raket yanacağı idxalının qadağan edilməsi nəzərdə tutulur.