“Neftçi”nin veteran futbolçusu Yuri Kuznetsov 85 yaşında vəfat edib.
Qol.Az-ın xəbərinə görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko təşkilatın martın 4-də keçirilən konfransında bildirib.
Yuriy Kuznetsov 1931-ci il avqustun 2-də Bakıda anadan olub.
1952-64-cü illərdə “Neftyanik” (indiki “Neftçi”) və Moskva “Dinamo”sunda oynayıb.
“Neftçi”də çıxış etdiyi 7 ildə (1952-1955 və 1960-1964) 197 oyunda ümumilikdə 51, “Dinamo”da isə (1955-60) 22 oyuna 13 qol vurub.
1955-ci ildə SSRİ yığmasında 3 oyuna çağırılıb və üç qol vurub.
Yuri Kuznetsov Moskvanın “Dinamo” (1966-69 və 1977-78), Polşanın “Qvardiya” (1970-71) və Bakının “Neftçi”klublarında (1988) məşqçi işləyib.