Serbiya hökuməti erkən seçkiyə çağırır

Zoran Djordjevic və Aleksandar Vucic i

Serbiya hökuməti martın 3-də prezidenti parlamenti buraxmağa və vaxtındanəvvəl seçki təyin etməyə çağırıb.

Hökumətin yaydığı bəyanatda deyilir ki, islahatlar aparılması və ölkənin Avropa Birliyinə qoşulması üçün dəqiq mandatlı yeni kabinet lazımdır.

Baş nazir Vicic aprelin 24-də vaxtındanəvvəl seçki keçirməyə çağırıb.

Onun rəhbərlik etdiyi “Serbiya Tərəqqipərvər Partiyası” hazırda bir neçə kiçik partiya ilə koalisiyadadır.

Partiya parlamentdəki yerlərin 2/3-ni qazanmağa cəhd edir.

2014-cü ildə keçirilən seçkidə partiya 250 yerlik parlamentdə 158 mandat qazıb.