Messi ən yaxşılar arasında

Lionel Messi

Ümumdünya "Laurens" İdman Akademiyasının versiyası üzrə 2015-ci ilin ən yaxşısı idmançısı adına namizədlər açıqlanıb.

Aprelin 18-də Berlində keçiriləcək mərasimdə mükafatlar 3 nominasiya üzrə veriləcək.

Ən yaxşı kişi idmançılar arasındayamaykalı sprinter Useyn Bolt, futbolçu Lionel Messi, serbiyalı tennisçi Novak Cokoviç, amerikalı basketbolçu Stiven Karri və qolfçu Cordan Spit kimi idmançılar var.

Ən yaxşı qadın idmançılar arasında isə amerikalı tennisçi Serena Uilyams, futbolçu Karli Lloyd və üzgüçü Keti Ledeki, kimi idmançılar yer alıb.

Ən yaxşı komandalar sırasında isə Yeni Zelandiyanın reqbi yığması, "Barselona" futbol klubu, Böyük Britaniyanın tennis millisi, "Mercedes" Formula 1 komandası və ABŞ-ın qadın futbol millisi düşüb.

Qeyd edək ki, indiyədək bu mükafata Usein Bolt, Novak Cokovic, Şumaxer, Federer, Ferqyuson, Nadal, Pele, Ronaldo və Zidan kimi məşhurlar layiq görülüb