Yeni qanun dəyişdirilir

-

Milli Məclis fevral ayında qüvvəyə minən “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik edəcək.

Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin parlementin müzakirəsinə təqdim etdiyi dəyişiklik layihəsinə görə, qanunun iki maddəsi ləğv olunacaq.

Modern.az-ın xəbərinə görə, dəyişikliklər qəbul edilsə, publik hüquqi şəxslərin öhdəliklərinə görə, onları yaradan dövlət və bələdiyyə qurumları da cavabdeh olacaqlar. Dövlət və bələdiyyə qurumları həmçinin, qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə biləcəklər.