Miqrant böhranı müzakirə olunacaq

Foto arxiv

Yunanıstanın Makedoniya ilə sərhəd olan İdomeni şəhərindəki qaçqın düşərgəsinin üzərində tüstüdən bulud yaranıb.

Ocaq qalayan qaçqınlar müvəqqəti qızınmaq istəyir,həyatlarını xilas etmək üçün zibil, əllərinə keçən hər bir şeyi yandırırlar.

Bu düşərgə Makedoniya sərhədi bağladıqdan sonra-bu həftə salınıb.

Sərhəd açıq olarkən Makedoniya tərəfə keçə bilən bir neçə nəfər isə sənədləri düz olmadığından geri qaytarılıblar.

Dəməşqdən olan müəllimə deyir ki, uşaqların ağlamaq səsindən bütün gecəni yata bilmirlər, artıq yorulublar.

Yunanıstan polisinin məlumatına görə, təkcə son 24 saat ərzində ölkəyə 500 miqrant keçib.

Yardım təşkilatlarının əməkdaşları xəbərdarlıq edir ki, İdomeni-də vəziyyət hər an nəzarətdən çıxa bilər.

Avropa Birliyi martın 7-də Türkiyədə miqrant böhranı ilə bağlı təcili sammit çağırıb.

Əksəriyyəti Suriya və İraqdan olan miqrantlar Türkiyə-Yunanıstan və Balkan ölkələri vasitəsi ilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.