Nazirlər Parisdə görüşür

Siyasi karikatura

-

Rusiya, Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirləri martın 3-də Parisdə görüşür. Onlar ötən ilin fevralında əldə olunmuş, Ukraynada sülh yaradılmasını nəzərdə tutan Minsk sazişinin icrasını müzakirə edəcəklər.

Kiyev Rusiyanı Minsk sazişini pozmaqda, rusiyapərəst separatçılara silah göndərməkdə ittiham edir. Ancaq Ukrayna da öhdəliyinə əməl etməyib, ölkənin şərq regionlarının muxtariyyətini artıracaq islahatları həyata keçirməyib.

Almaniyanın Xarici işlər naziri Frank-Walter Steinmeier fevralın 23-də deyib ki, hakim koalisiyada savaş Kiyevin Minsk sazişini icra etməsini əngəlləməməlidir.