İranda ilk xarici otel açılacaq

Arxiv fotosu

-

Gələn ilin əvvəlində İranda, Xəzər dənizi sahilində ilk xarici brend otel açılacaq. Bu barədə İspaniyanın Melia Hotels International şəbəkəsi martın 2-də məlumat yayıb. Beş ulduzlu otel dəniz sahlindəki 130 metrlik qalada, Salman Shahr kurort ərazisində tikiləcək.

Bu, 1979-cu il islam inqilabından sonra İranda xarici şirkətin açdığı ilk dəbdəbəli otel olacaq.

Yanvarda İrana iqtisadi sanksiyalar qaldırılıb.

Ötən oktyabrda Fransanın Accor şirkəti Tehran aeroportu yaxınlığında iki otel açıb.