Moskva- Pxenyan layihələri davam edəcək

BMT-nin Təhlükəsizlik Şurası qətnamə qəbul edir

-

Rusiyanın BMT-dəki səfiri deyir ki, Moskva Şimali Koreya ilə vacib iqtisadi layihələrə təminat alıb. BMT Təhlükəsizlik Şurası martın 2-də Pxenyana qarşı sərt sanksiyalar qəbul edib.

Rusiyanın elçisi Vitaly Churkin deyib ki, Birləşmiş Ştatlarla bu məsələni danışıb, Rusiya şərq sahilindəki Xasandan Şimali Koreyanın Rajin limanına dəmiryolu xətti çəkilişini davam etdirəcək. Bu xətt Rusiyadan Çinə və Cənubi Koreyaya kömür və digər malların ixracı məqsədilə çəkilir.

“Çin kimi bizim də müəyyən iqtisadi maraqlarımız var ki, bu maraqların Şimali Koreyanın nüvə və raket proqramıyla heç bir əlaqəsi yoxdur,” Churkin deyib.

Rusiya Uzaq Şərq regionunu inkişaf etdirməyə çalışdığından bu dəmiryolu ondan ötrü vacibdir. Pxenyan da bu layihədən gəlir götürməyi hədəfləyir.