8 dini icmaya yardım ayrıldı

-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 8 dini icmaya maliyyə yardımı ayırıb. Martın 2-də komitədə yardım göstərilən icma rəhbərləri ilə görüş keçirilib.

Bu haqda komitənin mətbuat xidməti məlumat verir.

Komitə sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, maliyyə ayrılan layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu layihələr çərçivəsində görüləcək işlər məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağa xidmət edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi indiyədək 104 dini icmaya maliyyə yardımı ayırıb. Yardım alan icmaların 19-u qeyri-islam, 85-i isə islam yönlüdür.