«Şəhər və teatr» adlı elmi- praktiki konfrans keçiriləcək

Teatr

-

Martın 4-də Bakıda «Şəhər və Teatr» mövzusunda elmi-praktiki konfrans işə başlayacaq.

Konfransın əlaqələndiricisi Elçin Cəfərovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, Mədəniyyət və İncəsənət Universitetinin düzənlədiyi konfrans saat 10.00-da AMEA-nın Əsas binasında - Ədəbiyyat İnstitutunun elektron konfrans zalında olacaq.

Rusiya və Gürcüstan teatrşünaslarının da qatılacağı konfransın məqsədi çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirməkdir. Şəhər və teatr əlaqələrinin təhlilini vermək, məsələnin tarixi ənənəsini araşdırmaq, şəhərin infrastrukturunda teatrın tutduğu yeri və daşıdığı funksiyaları müasir gerçəkliyin etno-psixoloji parametrlərinə söykənərək çözmək, mövzunun kulturoloji, fəlsəfi və sosial aspektlərini şərh etməkdir.

Konfransın hədəflədiyi ikinci məqsəd müasir Azərbaycan teatr düşüncəsinin hüdudlarını və perspektivdə mümkün inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.