Rusiyada həbsdə olan keçmiş ukraynalı pilot Nadia Savchenko məhkəmədə xəbərdarlıq edib ki, əgər ölkəsinə verilməsə, sudan da imtina edərək tam aclığa keçəcək.
Bu barədə martın 1-də onun bacısı məlumat verib.
Martın 2-də son proses keçiriləcək bundan sonra yekun qərar elan edilməlidir.
Savchenko 2014-cü ilin iyununda Ukraynanın şərqində tutularaq Rusiyaya aparılır.
O iki Rusiya jurnalistinin qətlində, onların yerini deməkdə ittiham olunur.
Savchenko ittihamı rədd edir və oğurlanaraq Rusiya tərəfinə verildiyini deyir.
Savchenkonun verilməsini tələb edən Kiyev ittihamın saxta olduğunu deyir.