Keçmiş Ukrayna prezidenti Viktor Yanukevych prezidentliyini bərpa etmək üçün Ukraynaya dönmək istəyir.
Bunu “Glavkom” qəzetinə onun vəkili Vitali Serdyuk bildirib.
Vəkil Yanukovychi hələ də Ukraynanın qanuni prezidenti sayır.
O Yanukovychin hakimiyyətdən uzaqlaşdırılmasını ölkə konstitusiyasının pozulması adlandırıb.
Yanukovych 2014-cü ilin fevralında onlarla adamın ölümü ilə nəticələnən kütləvi etirazlərdan sonra ölkədən qaçmalı oldu.
O hazırda Rusiyadadır.
Bundan sonra Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılara arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Hazırda bölgədə atəşkəsdir.
Amma tərəflər son günlər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.