Yasda partlayış,ölənlər var

Foto arxiv

İraqın Diyala əyalətində şiə yas mərasimində törədilən partlayışda azı 14 nəfər ölüb.

Ontiharçı fevralın 29-da özünü mərasimin keçirildiyi zalda partladıb.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Fevralın 28-də Bağdadda törədilən iki partlayışda azı 73 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.