-
2015-ci ilin son rübündə Azərbaycan 372 min ton buğda idxal edib. Buğdanın 1 tonu 193 dollardan alınıb.
Statistika Komitəsinin məlumatına görə, ümumilikdə 2015-ci ildə xaricdən 1 milyon 353 min ton buğda alınıb. Bu, əvvəlki ildəkindən 13 faiz çoxdur.
Buğdanın əksər hissəsi (1 milyon 234 min ton) Rusiyadan alınıb.
Statistika Komitəsinin bilgisinə görə, 2015-ci ildə Azərbaycanda buğda istehsalı da artıb. İstehsal edilən buğda 1 milyon 687 min ton olub. Bu, 2014-cü ildəkindən 16 faiz çoxdur.
Mütəxəssislərin fikrincə Azərbaycana il ərzində bütün əhalinin tələbatını ödəmək üçün 1 milyon 300 min ton buğda lazımdır.
Statistika komitəsinin məlumatına görə də, ölkədə ötən il 1 milyon 687 min ton buğda istehsal edilib.
Həmişə bu mövzu müstəqil iqtisadçılarda sual doğurur. O mənada ki, əgər Azərbaycan özü-öz tələbatını ödəyirsə onda nədən Rusiyadan buğda alınır?
Rəsmilər heç vaxt bu suallara aydınlıq gətirmirlər.