Uşağın başını kəsən qadın saxlandı- [Video]

Gulchekhra Bobokulova

-

Moskva polisi uşağın başını kəsən qadını saxlayıb.

Özbək qadın fevralın 29-da metronun “Oktyabrskoye Pole” stansiyasının ətrafında saxlanıb.

Məlumata görə qara geyimdə və hicabda olan qadın əlində uşağn başını yelləyərək Allahu Əkbər qışqırırmış.

Polis Gyulchekhra Bobokulova adlı qadının əslən Öbəkistandan olduğunu bnildirir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Uşağın başını kəsdi...

Qadın psixatrik ekspertizaya göndəriləcək.

İnsidentin videosu sosial şəbəkələrdə də yayılıb.

Onun qşqıranda Orta Asiya ləhcəsi ilə danışdığı hiss olunur:” Mən terroçu, qatiləm. Mən öləcəm, amma sizin hamınız cəzalanacaqsız”, - deyə o qışqırır.

Polisin məlumatına görə o 4 yaşlı uşağa dayəlik edirmiş.

Uşağın başsız cəsədini isə onun valideynlərinin evindəki yanğını söndürməyə gələn yanğınsöndürənlər aşkar edib.