İslahatçı valini öldürən edam olundu

Mumtaz Hussain Qadri (sağda)

-

Pakistanda 2011-ci ildə islahatçı valini öldürməkdə təqsirli bilinən şəxs edam olunub. Mumtaz Qadri fevralın 29-da Ravalpindidə asılıb.

Bir çox islamçının qəhrəman saydığı Qadri Puncab vilayətinin valisi Salman Taseer-in mühafizəçisi idi. O, Taseer-i islahatçı çağırışlarına görə öldürdüyünü, günün günorta çağı İslamabad bazarında ona 28 atəş açdığını etiraf edib.

Bu cinayət işinə baxan hakim də ölüm hədələri aldığından ölkədən qaçmağa məcbur olub.