İlham Əliyev yenə Putinlə danışdı

-

Fevralın 26-da prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Bu haqda APA xəbər verir.

Prezidentlər iki ölkə arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər. Xəbərdə ticarət- iqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldığı vurğulanır.

Bir gün əvvəl, fevralın 25-də də İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olmuşdu.