1/8 final mərhələsinin püşkü atıldı

Foto arxiv

Foto arxiv

Fevralın 26-da futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrədə keçirilən tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.

Türkiyənin "Fənərbaxça" klubu 1/8 finalda Portuqaliyanın "Braqa" komandası ilə düşüb.

"Qarabağ"ın qrup mərhələsindəki rəqibi "Tottenhem" isə "Qəbələ"nin qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq.

1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)

"Vilyareal" (İspaniya) - "Bayer" (Leverkuzen) (Almaniya)

"Atletik" (Bilbao, İspaniya) - "Valensiya" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)

"Sparta" (Çexiya) - "Latsio" (İtaliya)