-
İctimai Televiziyanın itkin düşən əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
APA Suraxanı Polis İdarəsinə istinadən xəbər verir ki, R. Əliyevin meyiti fevralın 26-da “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
Hüquq mühafizə qurumları faktı araşdırır.
43 yaşlı Rəşad Əliyevdən yanvarın 23-dən xəbər yox idi. Mərhum İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışırdı.
R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur