Amerikalı general: "Rusiya real təhlükədir"

Philip Breedlove

“Rusiya Qərbin rəqibi olmaq qərarına gəlib və ABŞ-la onun müttəfiqlərinə təhlükə yaradır”.

Bunu fevralın 25-də Avropadakı NATO qüvvələrinin komandanı Philip Breedlove bəyan edib.

General ABŞ Konqresi nümayəndələr palatasının silahlı qüvvələr üzrə komitəsində deyib ki, Rusiya Avropanın birliyini pozmağa çalışır.

Qeyd edək ki, Breedlove Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişədən sonra ABŞ-ın hərbi rəhbərliyində Moskvanın ən sərt tənqidçilərindəndir.

Rusiya isə dəfələrlə ABŞ və Avropa ölkələrinə təhlükə olmadığını bəyan edib.