Bahar havası gözlənilir

-

Fevralın 26-da Bakı və Abşeronda yağıntı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Ölkənin rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacaq. Bəzi şərq rayonlarında isə yağış gözlənilir.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq. Dağlarda gecə 1-6 , gündüz 8-13 dərəcə isti gözlənilir.