Əliyevlə Putin telefonla danışıblar

İlham Əliyev və Vladimir Putin

-

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub. «Turan» İnformasiya Agentliyi xəbəri Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığa dair aktual məsələlər və beynəlxalq gündəmdə olan mövzuların müzakirə olunduğu bildirilir.

Bundan başqa, Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılıb.