-
Fevralın 24-də Bakıda intihar cəhdinin qarşısı alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbərə görə, onlara Yasamal rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanına çıxması barədə məlumat gəlib.
Hadisə yerinə gələn qüvvələr aparılan psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alıblar. İntihara cəhd edən şəxsin kimliyi haqda açıqlama verilmir.