Müxalifət də atəşkəsə razıdır

Suriyada YPG bayrağı dalğalandırılır

-

Suriyada əsas müxalifət qrupları və YPG kürd qruplaşmsı ABŞ-la Rusiyanın əldə etdiyi atəşkəsə əməl edəcəyini bildirir.

Bir neçə müxalifət qrupunu birləşdirən Ali Danışıqlar Komitəsi fevralın 24-də yaydığı bəyanatda bildirib ki, “ilkin atəşkəs” Suriya hökumət qüvvələrinin də öhdəliyə necə əməl etdiyini görmək fürsəti yaradar. Müxalifət iki həftə ərzində atəşkəsə əməl edəcəyini bildirir.

YPG də atəşkəsə böyük əhəmiyyət verdiyini bildirib.

YPG ABŞ-ın müttəfiqidir, ancaq Türkiyə bu qruplaşmaya qarşı çıxır, Suriya sərhədi boyunca onların döyüşçülərini bombalayır.