Xüsusi xidmət şefləri görüşüb

Mədət Quliyev

-

Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, DTX-nın rəisi Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.

Görüşün işgüzar və qarşılıqlı anlaşma şəraitində keçdiyi bildirilir.

Tərəflərin terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivlərini müzakirə etdiyi deyilir..

Prezident İlham Əliyev fevralın 23-də İran İslam Respublikasında səfərdə olub. Bu səfər çərçivəsində 2 ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb