-
“Bank Respublika” bu ay regionlardakı 4 filialını bağlayıb.
Fins.az-ın xəbərinə görə, Astara, Goranboy, İmişli və Göyçay rayonlarında yerləşən filialların ardınca martın 1-dən bankın Şəmkir filialı da fəaliyyətini dayandıracaq.
Bank filialların bağlanmasını xərclərin optimallaşdırılması siyasəti ilə izah edir.
Bankların rayon filiallarında orta hesabla 10 nəfər çalışır.
Yanvar ayında isə Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan yalnız birinin NBC Bankın lisenziyası bərpa edildi.