-
Fevralın 23-də axşam saatlarında prezident İlham Əliyevin İran səfəri başa çatıb.
APA informasiya agentliyinin məlumatına görə, Tehranın “Mehrabad” hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezidenti İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.