Suriyada “B planı” nəzərdən keçirilir

Suriya, arxiv fotosu

-

ABŞ Dövlət katibi John Kerry xəbərdarlıq edir ki, Dəməşq və Moskva siyasi keçid danışıqlarına ciddi yanaşmadığı halda, Vaşinqton Suriyada “B planı”nı nəzərdən keçirir.

Fevralın 23-də Senatın xarici əlaqələr komitəsində çıxış edən Kerry deyib ki, Rusiyanın beş illik münaqişəyə son qoyulmasına necə ciddi yanaşması tezliklə aydınlaşacaq.

“Bir neçə günə bu, hərəkətlə sübuta yetiriləcək”, o deyib.

Suriyada atəşkəs üzrə ABŞ-Rusiya razılaşması fevralın 27-dən qüvvəyə minməlidir.

Bu arada Suriyada döyüşlər davam edib, İslam Dövləti (İŞİD) silahlıları Xanaser şəhərini tutub. Beləliklə, şimaldakı Hələb şəhərində hökumətin nəzarətində olan ərazilərə təchizat yolu kəsilib.