Rusiya Suriyada atəşkəsin təmin edilməsinə kömək üçün koordinasiya mərkəzi açıb.
Müdafiə nazirliyinin sözçüsü İgor Konashenkov fevralın 23-də bildirib ki, mərkəz Hemeymim hava bazasında yerləşir.
Konashenkov bildirib ki, mərkəz əsasən atəşkəsin monitoringi və humanitar yardımların təşkili ilə məşğul olacaq.
O qeyd edib ki, mərkəz ABŞ-la Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma çərçivəsində yaradılıb.
Razılaşmaya əsasən atəşkəsə fevralın 27-dən başlanmalıdır.
Amma qeyd edək ki, atəşkəs “İslam Dövləti” qrupu, Əl Qaidə ilə əlbir olan “Əl Nüsrə Cəbhəsi” və BMT-nin terrorçu təşkilat hesab etdiyi qruplara şamil edilmir.
Rusiya Suriya münaqişəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.