Xədicə İsmayılın şikayəti icraata götürüldü

Xədicə İsmayıl

-

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl haqqında çıxarılan hökmdən verilən kassasiya şikayəti icraata götürülüb.

Jurnalistin vəkillərindən Yalçın İmanov bildirdir ki, şikayətə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrlik edəcəyi məhkəmə heyəti baxacaq. Məhkəmənin vaxtı hələ dəqiqləşməyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.