ƏDV-dən azad olunacaq mallar

-

Ölkəyə idxal edilən tibb ləvazimatları əlavə dəyər vergisindən azad edilə bilər.

Trend-in məlumatına görə, bu haqda maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir hökumətin tibb ləvazimatlarının idxalına digər güzəştlərin də tətbiq edilməsi qərarı verə biləcəyini deyib.

Azərbaycan hökuməti ötən ayın 15-də ölkəyə gətirilən buğdanı da əlavə dəyər vergisindən azad etmişdi.

Əlavə dəyər vergisinin həcimi mal və məhsulun qiymətinin 18 faizi qədərdir