Kürd qüvvələri 16 yaşlı isveçli qızı azad etdi

Foto arxiv

İraqın şimalındakı kürd muxtariyyəti “İslam Dövləti” qrupunda əsirlikdə olan isveçli yeniyetmə qızın azad edildiyini bildirir.

Məlumata görə o xüsusi təyinatlı kürd qüvvələrinin fevralın 17-də yaraqlıların əsas dayaq məntəqəsi olan Mosul şəhəri ətrafında keçirdiyiəməliyyat zamanı azad edilib.

Fevralın 23-də yayılan rəsmi bəyanatda deyilir ki, 16 yaşlı qız 2015-ci ildə İsveçdən Suriyaya, sonra isə İraqa keçib.