Qazaxıstanlı hüquq müdafiəçisi Ermek Narymbaev ev dustaqlığına buraxılıb.
Bu barədə AzadlıqRadiosunun qazax xidmətinə fevralın 22-də hüquq müdafiəçisinin həyat yoldaşı Zoya Narymbaeva məlumat verib.
Narymbaev və həmkarı Serikzhan Mambetalin yanvarın 22-də sosial gərginliyi qızışdırma ittihamı ilə 3 və 2 il azadlqdan məhrum edilmişdilər.
Onlar ittihamı rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər.
Amma Mambetalin sonradan peşman olduğunu və hakimiyyətdən əfv olunmasını xahiş etdiyinə görə yanvarın 30-da azadlığa buraxıldı.
Narymbaev isə həbsinə etiraz olaraq yanvarın 18-dən aclıq elan eləmişdi.
Hakimiyyətin tənqidçilərindən olan hər iki fəal ötən ilin oktyabrında həbs olunmuşdular.