ABŞ-la Rusiyanın Suriya ilə bağlı atəşkəs planında fevralın 27-də prosesə başlanması nəzərdə tutulur.
Bu barədə fevralın 22-də Əl-Cəzirə televiziyası məlumat yayıb.
Diplomatik mənbələrin məlumatına görə amma atəşkəs “İslam Dövləti” qrupu, Əl Qaida ilə əlabir olan “Əl Nüsrə cəbhəsi” və BMT-nin terrorçu təşkilat saydığı digər qruplara aid deyil.
Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, plan fevralın 22-də prezidentlər Barack Obama vəVladimir Putin arasında aparılacaq telefon söhbətindən sonra elan edilməlidir.
Qeyd edək ki, aparıcı dünya ölkələri fevralın 12-də 1 həftə ərzində Suriyada atəşkəs rejiminə başlanması barədə razılıq əldə ediblər. Amma bu müddət keçib.
Fevralın 21-də paytaxt Dəməşq və Homsda törədilən partlayışlarda 140-dan çox adam ölüb.
5 ildir ki, davam edən Suriya müharibəsində ümumilikdə 250 indən çox adam ölüb.