Burjanadze tez-tez Moskvaya gedir

Nino Burjanadze

“Demokratik Hərəkat-Vahid Gürcüstan” partiyasının lideri Nino Burjanadze fevralın 19-da Moskvada xarici işlər nazirinin müavini Grigori Karasinlə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və münasibətlərin normallaşdırılması müzakirə olunub.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu son 7 ay ərzində Burjanadzenin Rusiyaya 3-cü səfəridir.

O 2015-ci ilin iyulunda Moskvada Karasin və Dövlət Dumasının sədri Sergei Naryshkin, sentyabrda isə Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşüb.

Burjanadze deyir ki, bu səfərlərdə məqsədi, Gürcüstan-Rusiya münasibətlərinin yaxşılaşmasına tövhə vermək və partiyası hakimiyyətə gəldikdən sonra problemlərin həllinə zəmn yaratmaqdır.

Qeyd edək ki, Rusiya ötən ilin dekabrında Gürcüstan vətəndaşlarına qarşı viza rejimini yüngülləşdirib.