Lech Walesa ətrafında qalmaqal böyüyür

Lech Walesa

Polşa hökuməti jurnalist və tarixçilərin keçmiş prezident Lech Walesa ilə bağlı aşkar edilmiş məxfi sənədlərə çıxışına imkan açıb.

750 səhifəlik sənədlər Walesanın 1970-1976-cı illərdə- keçmiş kommunist rejimi dövründə təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyini aşkarlaya bilər.

Məlumatlara görə həmin vaxt onun təhlükəsizlik xidmətindən ayda 1500 zlot aldığını göstərən qəbzlər aşkar edilib.

Bundan başqa onun əməkdaşlığa razılıq verməsi barədə imzalı sənəd də olduğu bildirilir.

Walesa ittihamları rədd edir və heç vaxt keçmiş kommunist rejimi ilə əməkdaşlıq etmədiyini deyir.