"Arsenal"-"Barselona" oyununda türk hakim

Foto arxiv

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Arsenal" - "Barselona" görüşünü türkiyəli hakim Cüneyt Çakır idatə edəcək.

Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Çem Satman yerinə yetirəcək.

Bu barədə idman portalları məlumat yayıb.

Elə həmin gün keçiriləcək "Yuventus" - "Bavariya " görüşünü isə ingiltərəli hakim Martin Atkinson idarə edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.