Türkiyə turizm sektoruna yardım ayırdı

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu fevralın 21-də turizm sektoruna dəstək planını açıqlayıb.

Planda bu sahəyə 87 milyon dollar ayrılması və turizm şirkətlərinin borclarına yenidən baxılması ilə bağlı tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin korlanması Türkiyənin turuzm sektorunda qeyri-sabitlik yaradıb.

Türkiyə ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra, Moskva Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq edib və onunla birgə layihələrdən çıxıb.