Kredit götürənin hüquqları qorunacaq

Əkrəm Həsənov

-

Hüquqşunas Əkrəm Həsənov bank kreditləri ilə bağlı antikollektor şirkəti yaradıb.

"Bu Azərbaycanda bir ilkdir" deyən Ə.Həsənov qeyd edib ki, şirkət “Borcunuz – problemimizdir!” şüarı ilə fəaliyyətə başlayıb.

Şirkətin əsas məqsədi bank kreditləri ilə bağlı müştərinin maraqlarının müdafiə olunmasıdır.

Mərkəzi bankın açıqladığı rəqəmlərə görə, Azərbaycanda bütünlükdə 2 milyon yarımdan çox vətəndaşın banklara kredit borcu var.

2016-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan banklarının toplam 35 milyard manata yaxın aktivi var. Eyni zamanda bu aktivlərin içərisində 20 milyard manat kredit portfelindən ibarətdir.

Mövcud kredit portfelinin 1,5 milyard manatı vaxtı keçmiş kreditlər qisminə aiddir.