-
Bu il Stokholmda Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmək üçün Krım tatarı olan müğənni Jamala seçilib.
Əsl adı Susana Jamaladinova olan Jamala “1944” adlı mahnı səsləndirəcək. Bu mahnı Josef Stalin-in Krım tatarlarını Orta Asiyaya deportasiya etməsi barədədir. Mahnı ingiliscədir, xor tatarlar dilində oxuyacaq.
Qırğızıstanın Oş şəhərindən olan Jamala fevralın 21-də beş yarışmaçı içindən seçilib.
1944-cü ilin mayında 250 min Krım tatarı qatarlara doldurularaq Orta Asiyaya göndərilib. On minlərlə insan yolda, daha sonra isə aclıqdan və xəstəlikdən həlak olub.

